
1. Mühəndis-axtarış Işləri - tikinti ərazisinin hüdudları daxilində tikinti obyektlərinin layihələndirilməsi və tikintisi məqsədi ilə müvafiq məlumatların hazırlanmasını, torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün təbii şəraitin və texnogen təsir amillərinin kompleks şəkildə öyrənilməli və bundan sonra çöl tədqiqtı Işlərinə başlanılmalıdır
2. Aparılan çöl tədqiqatları Işləri zamanı ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir. Coğrafi tədqiqatlar aparılarkən daha çox müasir metodlara üstünlük verilir. Eyni zamanda metodlardan kompleks şəkildə istifadə edilməsi də böyük əhəmiyyətə malikdir. Bu daha dəqiq və real nəticələr əldə olunmasına imkan verir.
3. Sifarişçinin tələbindən aslı olaraq təyin edilmiş ərazidə gps və total- station müasir ölçmə aparatları vasitəsilə bütün növ geodeziya-topoqrafiya Işlərinin aparılması.
4. Azpos- baza sisteminə qoşulmaqla, gps aləti vasitəsilə yüksək dəqiqliklə (x,y,z) koordinatlarınin təyin olunması şərti ilə ərazinin xəritəyə köçürülməsi.
5. Həmin xəritə vasitəsilə bütün növ kommunikasiya (elektrik, qaz, su) layihələrinin həyata keçirilməsi.
6. Layihə hazırlandıqdan sonra həmin layihənin müasir ölçmə aparatları vasitəsilə yüksək dəqiqliklə naturaya köçürülməsi.
7. Alınmış z (hündürlük) koordinatları vasitəsilə trassanin şaquli profilinin hazırlanması.
8. Keçilməsi çətin olan ərazilərdə dron vasitəsilə foto cəkilislərin aparılması və həmin çəkilişlərin dəqiq koordinat sisteminə inteqrasiya etməklə ərazinin plan-sxeminin hazırlanması Işləri həyata keçirilməsi.