Biz kimik....

   

  "AZCİS" MMC 28.01.2013-cü ildə yaradılıb. Bir neçə fəaliyyət növü ilə məşğul olur. Onlardan ən əsası Coğrafi İnformasiya Sistemləridir. 
Coğrafi İnformasiya Sistemləri (
CİS)  istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən mükəmməl bir informasiya sistemidir. Coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Cografi İnformasiya Sistemlərinin tətbiqi çox böyük sürətlə artmaqdadır.

     Artıq "AZCİS" MMC bu istiqamətdə 10 illik təcrübəyə sahibdir. Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin ekspertləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsidir. 

     "AZCİS" fəaliyyətini CİS-in 5 əsas təməl prinsipi üzərində qurub. 
Bunlar:  
1. Təchizat (hardware) 
2. Proqram təminatı (software) 
3. Verilənlər (data) 
4. İnsan resursları (human resource) 
5. Üsullar (methods) 
Sadalanan 5 prinsip üzrə informasiya ehtiyatlarının formalaşdırılması mühüm şərtlərdir. 


    "AZCİS"də çalışan professional mütəxəssislərimizin qabaqcıl təcrübəsi bizə bir çox proseslərin reallaşmasına və CİS-in tətbiqi üzrə müvafiq xidmətləri təklif etməyə əsas verir.  Şirkətimiz İnformasiya Sistemləri ilə əlaqəli olan müxtəlif istiqamətlər üzrə də fəaliyyət göstərir.  Bunlara informasiya sistemlərinin texnoloji mühitinin  formalaşması, texnoloji mühit anlayışının mahiyyəti, instrukturu, texniki və proqram vasitələri, həmçinin informasiya sistemlərinin yaradılması məsələləri daxildir. 
   Həmçinin informasiya sisteminin mahiyyəti və inkişaf mərhələləri, təsnifatı, idarəetmə strukturunun rolu, informasiya sisitemlərinin yaradılması mərhələləri, planlaşdırma, planlaşdırmanın mahiyyəti,  informasiya sistemlərinin strateji planlaşdırılmasının əsasları, strateji planlaşdırılmasının mərhələləri də fəaliyyət istiqamətlərində öz əksini tapır. 
   Bundan başqa sistemin xarici və daxili mühitinin təhlili, informasiyalaşdırma mühitində innovasiya və onun mahiyyəti, növləri, xüsusiyyətləri də faəliyyət istiqamətlərinə daxildir. 
   "AZCİS" həmçinin  informasiya sistemləri sahəsində innovasiyalar: layihənin formalaşdırılması və informasiya sisteminin tətbiqini, innovasiya layihələrinin idarə olunması: Avtomatlaşdırılmış informasiya sisteminin tətbiqini, təşkilati strukturun formalaşdırılmasını, təşkilati strukturun mahiyyəti və onun formalaşdırılmasını həyata keçirir. 

    Bununla bərabər, informasiya emalının (İE) təşkilati strukturuna təsir edən amillər, strukturların növləri, informasiya sistemlərində investisiya və onun mahiyyəti, növləri, investisiyanın rolu və xüsusiyyətləri, səmərəlilik göstəriciləri, investisiya layihəsinin biznes-planının işlənib hazırlanması məsələləri də şirkətin xidmətlər çərçivəsinə daxildir.