AZCİS-in təlim kursuları
Şirkətimiz CİS (Coğrafi İnformasiya Sistemləri) həlləri üzrə 10 illik təcrübəyə malikdir. Bu təcrübəmizə əsaslanaraq Beynəlxalq ESRİ şirkətinə məxsus vahid inteqrasiya olunmuş proqram arxitekturalı, CİS proqram platforması olan ArcGİS proqram təminatı üzrə təlim kursuları təşkil edirik.
ArcGİS proqram təminatından xəritələrin yaradılması və istifadəsində, coğrafi məlumat bazasının tərtibində; coğrafi informasiyanın paylanması və emalında, bir sıra tətbiqlərdə xəritələr və coğrafi məlumatın istifadəsində və məlumat bazasında coğrafi informasiyanı idarə etmək ücün istifadə edilir.
Həmçinin, yer quruluşu və torpaq kadastrı, əmlak uçotu, kommunal xidmətlər, fövqəladə hallar, telekommunikasiya, neft və qaz, ekologiya, sərhəd xidməti, nəqliyyat, meşə təsərrüfatı, su ehtiyyatları, məsafədən zondlama, geologiya və mədən, geodeziya, kartoqrafiya, coğrafiya, biznes, ticarət və xidmətlər, kənd təsərrüfatı, təhsil turizm və başqa fərqli sahələrdə istifadə olunur.